content

yazarportal-com-bilgiagi-net-tasviriefkar-com

24 Ara

Anam Hardasan? (Azerice)

Milyonlarla sperma arasından qazandım mən bu yarışı. Əsla, bu işin elə asan olduğunu da sanmayın. Bu yarışı qazanmaq ürək istər. Qaldığım yer kiçik və qaranlıq bir yer olmasına baxmayaraq isti idi. Burada çırılçılpakdım amma inanın heç üsümədim. 266 gün kefli bir səfərə də artıq hazırdım. İlk ay adımı “Embrion qoydular. Mən belə bu adın nə mənanı verdiyini bilmirdim. Bildiyim tək şey, günlər keçdikcə burada böyüdüyüm idi. İkinci aya gəldiyimdə artıq məni “Embrion” deyə çagırmırdılar. ” Fetüs” deyə də səsləndiklərində yenə çasmisdim. Ətrafıma baxdım. Bunun nə mənanı verdiyini soruşacaq kimsəni tapa bilmədim.

Çöldən qalın səsli birinin mənə “Canım” , “Körpəm” deyə səslənişini kiçik inkişaf edən qulaqlarımda, bir əlin isti dokunuşlarını isə minicik ürəyimdə hiss edirdim. Anladım ki bu, atam idi. Kim bilir məni necədə dörd gözlə gözləyir. Anamın, mənim sağlam dünyaya gəlməm üçün, bəslənmə səyi içində olduğunu mənə göndərdiyi qidalardan anlayırdım. Çox ləzzətli şeylər idi. Bəzən, mənə dinlətdirdiyi musiqilər isə elə gözəl idi ki, ruhuma dərman kimi gəlirdi. Bəzən anamın sağa- sola dönüşlərindən elə narahat olurdum ki, içəridə sanki kaydıraktanj sürüşürdüm. Ətrafımda dolanan xortuma bənzəyənə də heç cür məna verə bilməmişdim. Lakin oradan gələn çox şirin bir mayenin, məni həyata bağladığını təxmin edə bilirdim.

Bu yaxınlarda yenə ” Anası qurban olsun!” deyə bir səs eşitdim. Elə içdən idi ki ,izah edə bilmərəm. Dünən, məni daşiyan anam, yenə ikiqat çox qıvrıldı. Qarınında olduğuma çox kədərləndim. İmkanım olsa çıxıb ona bir stəkan su verərdim. Onun ağrısı məni də yandırmışdı. Bilirəm bunlar hamısı mənim üzümdən olmuşdu. Onun dünyasını alt-üst etmişdim. Kim bilir, məni böyütmək və doğurmaq üçün nələrə dözürdü. Ona davamlı ” Canım anam” deməkdən də özümü saxlaya bilmirdim. Mən içəridə böyüdükcə, ətrafımdakı orqanlara təzyiq etdiyini görürdüm. Nə vaxt bir tərəfə dönsəm və ya içəridə oynasam, anamın əllərini bədənimdə hiss edirdim. Ey atalar! Ata adıyla gəzinənlər , sizlər ana olmağı elə də asan zənn etməyin . Yoxsa ananızın qarınındakı həyatınızı xatırlamırsınızmı?

Siz heç canınızın əlverişsiz bir mövsümdə bir şey istədiyində, ananız aldımı? Keçən yaz, qarpız deyə bir meyvəylə tanış olmuşdum. Elə sevmişdim ki izah edə bilmərəm. Qışın tam ortasında yenə canım çəkməzmi? Atam, bir istəyimlə həmən şəhəri alt-üst etdi. Sonunda bir az rəngsizdə olsa Şili qarpızını gətirdi do ,mən də keyflə yemişdim.

Günlər, günləri qovduqca anamı bir görsəydiniz, məni min bir çətinliklə daşiyırdı. Bəzi gecələr, yatağında dönə bilmədiyini, hələ son günlərdə bunu daha da hiss edirdim. Əlləri davamlı belində idi. Mən döndükcə o qıvrılırdı. Bunu istəməzdim amma sağa sola dönmək mənimdə haqqım idi. Artıq bir an əvvəl çölə çıxmaq və dünyanı görmək istəyirdim. Səkkizinci ayıma yeni girmişdim ki, qapımızın sürətlə çaldigini eşitdim. Gələn sanıram qonşumuz idi.

” Qaç, Nilgün qaç! ” səsi ortalığı bürümüşdü. Anam, təlaşla hazırlanıb, ayaqqabılarını belə geyə bilmədən çölə atıldı. Məndə çasmışdım. İçəridə elə alabora olmuşdum ki, dilim damağım qurumuşdu.

Anam qaçdıqca, sanki beynim yerimdən çıxacqdı. Ətrafda danışılanları çətində olsa eşidirdim. O qədər kütlənin arasında qanımı isitən böyük qardaşimı, bir neçə adam sıxışdırmış döyürdülər. Anam, ortalığı sakitləşdirmək üçün böyük səy göstərirdi. Amma nafilə idi. Qadın halıyla nə edə bilərdi ki? Mənə toxunan zərbələr canımı ağrıdırdı. Artıq anamda döyüşün içində idi. Qorxudan bir küncə sığınmışdım. Belə mühiti daha əvvəl heç yaşamamışdım. Nələr olur deyə gözləyirdim ki, partlama səsinin ardından isti bir cisim, anama doğru sürətlə gəlirdi. Ürəyə batan cisim ikimizi də yerə salmışdı. Anamdan səkkiz ay boyunca eşitdiyim və onun melodiyası ilə yatdığım və ruhumu dinləndirən ürək atışlarını eşidə bilmirdim. Damarlarımın büzüldüyünü, məni bəsləyən qanının artıq donduğunu xortum deyilən cisimdə hiss edirdim. Başimın döndüyünü kimə söyləyə bilərdim ki? Avazım çıxdığı qədər qışqırsam kimlər eşidərdi bilmirəm. Hələ üzünü görə bilmədiyim, məməsini belə əmə bilmədiyim anam, cansız bədəniylə mənimlə birlikdə yerdə yatırdı. Ətrafımıza toplanan onlarla izdiham arasından, ” Tez təcili yardım çagirin! Körpə heç olmasa ölməsin!” sözünü eşitməkdə artıq çətinlik çəkirdim. Nəfəs almaq istəyirdim amma çox əzab çəkirdim. Mənimdə sonumun gəldiyini artıq qəbul etdiyimdə, şiş gözlərimlə dumanlı olaraq gördüyüm, dümağ gülümsəyən bir üzlə qarşilaşdım. Anammı deyə düşündüm. Ancaq, qanım bu qadına isinməmişdi. Anamın qoxusunu axtardım. Tapa bilmədim. Atama, “Başin Sağ olsun” sözləri ardından Anamın öldügünü anladım. O indi cənnətin ən gözəl bucağında idi. Artıq, ağlamaqdan bitap düşən atamın qucağındaydım. Hələ açılmayan gözlərimə, atamın gözyaşları tökülməyə başlarkən, həyatın gerçəklərini o zaman anlamışdım.

” İndi o qayğıyı ,sevgiyi mənə kim verəcək? Anamın südünü dadmayacağammı? Gecələri yuxuma, “Ooo körpəm” laylaları ilə dalmayacağammı? Ruhlar aləmi deyilən qarınının içində çox rahatdım anam. İndi mən sənsiz nə edərəm?”

Çeviren; Gülnare Leman/Azerbaycan

Etiketler : , , , , , ,

Bu Yazıyı Yazdır Bu Yazıyı Yazdır

Yorumlar Kapatıldı.



2007-2012 Bilgi Agi / Turkiye nin Interaktif Kose Yazari Gazetesi

Designed By Online Groups
ÇÖZÜM ORTAKLARIMIZ

bizajans, kent akademisi, sunubank